Xəbər verdiyimiz kimi, İsveçin Landskrona şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir və ilk uğurumuz artıq əldə olunub. Yaşı 15-ə qədər qızların yarışında “Lənkəran-Zirvə” İdman Klubunun nümayəndəsi Səbinə Əzimova, 53 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Sevindiricidir ki, bu çəkidə daha bir medal – bürünc medalı da “Zirvə” idmançısı əldə edib. “Tuzgölü-Zirvə” təmsilçisi Qamze Yayla birdən qaldırma hərəkətində 72 kq-la 2-ci, təkanla qaldırmada isə 86 kq-la 3-cü olub. Toplamda 158 kq (72+86) nəticə ilə Qamze yekun sıralamada bürünc medal qazanıb.
Bir kürsüdə iki “Zirvəçi”ni görmək çox xoşdur. Maraqlıdır ki, bu çəkidə daha bir atletimiz – “Smolyan-Zirvə” təmsilçisi Qalya Şatova da çıxış edib. Bolqar idmançımız 150 kq (70+80) toplam nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.
Avropada bir çəkidə 3 qızımızın iştirak etməsi klubumuzun gördüyü işlərin düzgün istiqamətdə aparılmasına işarədir. Çalışmalarımızın nəticəsini görmək böyük zövqdür.
İsveçdəki Avropa çempionatında çıxış edəcək digər idmançılarımızın çıxış cədvəli ilə tanış olun:
Adı | Çəki | Qrup | Gün | Saat | Yaş |
Zlatomir Kovachev | 85 | A | 5 avqust | 20:30 | U-15 |
Igor Obukhov | 85 | A | 7 avqust | 18:00 | U-17 |
Mateusz Skulimowski | 85 | A | 7 avqust | 18:00 | U-17 |
Zeynep Atakan | +69 | A | 8 avqust | 16:00 | U-17 |