İkinəfərlik ştanq qaldırmada dünya rekordu vurulubmuş!

niemcy_rekord2

Almaniyanın Visbaden şəhərində qeyri-adi rekord vurulub. İki alman idmançı – Almir Velagiç və Mattias Ştayner bir yerdə eyni ştanqı qaldırıblar. Əvvəlcə 280 kq, sonra isə 310 kq-ı qaldıran atletlər, üçüncü yanaşmada dünya rekorduna cəhd ediblər.

Onlara qədər qaldırılan ən böyük çəki 320 kq idi. Onu alman atletlər Manfred Nerlinger və Ronni Veller qaldırmışdılar.

Velagiç-Ştayner cütlüyü isə birdən-birə 333 kq çəkisi olan ştanqa yaxınlaşıblar. Onu uğurla qaldıran atletlər dünya rekordu vurub və adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıblar.

SHARE
Şərh yaz