“Zirvə” Beynəlxalq İdman Klubunun final mərhələsinin seçmə yarışlarına start verilir. Artıq həm Azərbaycan, həm ölkəmiz xaricindəki klublarımızın daxili çempionatlarının başlama vaxtları məlum olmaqdadır. İlk olaraq mübarizəyə Türkiyə filialımız qoşulacaq.
Oktyabrın 22-də paytaxt Ankaradakı “Altınpark” yarış zalımızda “Tuzgölü-Zirvə”, “Sudaş-Zirvə” və “Merzifon-Zirvə” klublarının birgə yarışı keçiriləcəkdir. Çempionatda 50-dən çox ağır atletin yarışması gözlənilir.