Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Körpücük üzərinə çıxan növbəti atlet İsa Rüstəmov olub. “Goranboy-Zirvə” nümayəndəsi yaşı 17-yə qədər olan oğlanların 62 kq çəki dərəcəsində mübarizəsinə qoşulub.
İsa birdən qaldırma hərəkətində 111 kq, təkanla qaldırma hərəkətində isə 138 kq-ın öhdəsindən gəlib. Gənc atlet toplam 249 kq (111+138) nəticə ilə Avropa birinciliyində 7-ci yeri tutub.