16-17 noyabr 2019-cu il tarixlərində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş cüdo üzrə açıq İsmayıllı birinciliyi keçirilib. Yarışda 300-ə yaxın iştirakçı qatılıb. Onların arasında “Zirvə” cüdoçuları da olub.
2006-2008-ci il təvəllüdlü cüdocularda “İsmayıllı Zirvə” komandası 6 qızıl, 4 gümüş və 8 bürünc medalla komanda hesabında birinci yeri tutub.
2009-2011 ci illərdə də eyni uğura imza atılıb. Komandamız 5 qızıl, 3 gümüş və 5 bürünc medalla yenə zirvədə qərarlaşıb.