İsmayılov Hüseyn birdən qaldırmada Avropa qızılını qazandı!

h5

İsveçin Landskrona şəhərində avqustun 1-9-u tarixləri arasında keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri çıxış edirlər.
Bu gün – İsmayılov Hüseyn körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan oğlanların mübarizəsində gücünü sınayıb. Hüseyn 85 kq çəki dərəcəsində çıxış edib. “Abşeron-Zirvə” atleti ilk sifariş verdiyi 135 kq-ı iki yanaşmada ram edib. Gənc atleitmiz 3-cü yanaşmada 139 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropanın ən yaxşısı olub.
Təkanla qaldırma hərəkətində Hüseyn 155 kq-ı ram etməklə başlayıb. Daha sonra 161 kq-ı rahatlıqla qaldıran “Zirvəçi”, son yanaşmasında 164 kq-lıq ştanqa güc gələ bilməyib. İdmançımız bu hərəkətdə Avropa 4-cüsü oldu.
Toplamda 300 kq (139+161) nəticə göstərən ağır atletimiz, yekun sıralamada da 4-cü yeri tutub.

Birdən qaldırmadakı qızılı və mübarizliyi münasibətilə Hüseyni təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

h4

 

SHARE
Şərh yaz