Lənkəran şəhərində keçirilən IV açıq Zirvə kuboku başa çatmışdır.
Kişilər arasında mübarizə aparan İntiqam Zairov ən yüksək xal toplayaraq (433.87) yarışın ən güclü nəticəsini göstərmişdir.
Gənclər arasında Nailxan Nəbiyev 408.02 xal, yeniyetmələr arasında Firudin Quliyev 351.92 xal, 14 yaşa qədər idmançılar arasında Peyman Can 308.40 xal, 12 yaşa qədər idmançılar arasında Rüstəm İmanzadə 254.01 xal, qadınlar arasında Petkova Rumyana 274.52 xal, ustadlar arasında isə Hafis Süleymanov 396.05 xal qoplayaraq öz qruplarında Zirvə Kubokunun qalibi olmuşlar.
Komanda hesabına Lənkəran, Bakı və Goranboy komandası müvafiq olaraq I, II, və III yerləri tutmuşlar.