İvjenko Avropa çempionatında çıxışımıza start verdi

olqa-ivjenkooSentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər.
Klubumuzun üzvlərindən ilk olaraq Olqa İvjenko körpücük üzərinə çıxıb. “Jidaçiv-Zirvə” təmsilçisi yaşı 15-ə qədər olan qızların birinciliyində 44 kq çəki dərəcəsidə mübarizə aparıb. O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Ancaq təəssüf ki, təkanla qaldırmada hər üç yanaşmasını uğursuz başa vurub və yarışı nəticəsiz tərk edib.

SHARE
Şərh yaz