Xorvatiyanın Split şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçirilir. 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) iştirak etdiyi yarışda “Jidaçiv-Zirvə” atletləri də çıxış edirlər.
Ukraynalı nümayəndələrimizdən Anna Panova və Dmitro Çumak körpücük üzərinə çıxaraq müxtəlif nəticələr əldə ediblər.
Qadınlarda 69 kq çəki dərəcəsində Anna Panova birdən qaldırma hərəkətində 97 kq, təkanla qaldırmada isə 115 kq-ı ram edib. O, toplam 212 kq (97+115) nəticə ilə Avropa çempionatında 7-ci yeri tutub.
Kişilərdə 94 kq çəki dərəcəsində Dmitro Çumak daha yaxşı nəticə göstərib. O, birdən qaldırma hərəkətində 174 kq-ı qaldırıb və bu hərəkətdə bürünc medal alıb.
Çumak təkanla qaldırmada 214 kq-ı ram edib və bu hərəkətdə Avropanın ən güclüsü adını qazanıb.
“Jidaçiv-Zirvə” atleti toplam 388 kq (174+214) nəticə ilə Avropa çempionatında yekunda 2-ci yeri tutaraq gümüş medala sahib çıxıb.
Dmitro və onun məşqçilərini bu qələbə münasibətilə təbrik edirik!