“Jidaçiv-Zirvə” atleti Olimpiadada iştirak edəcək

 

h15-21 avqust tarixlərində Rio-De-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında ağır atletika üzrə yarışlarda klub təmsilçilərimizin sayı artmaqda davam edir. İştirakçılar arasında ukraynalı atletlər də var ki, onlardan biri də “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndəsidir.

Ukrayna Ağır Atletika Federasiyasının bu gün açıqladığı siyahıya əsasən ölkə adından 8 atlet – 4 qadın və 4 kişi – çıxış edəcək. Onlardan biri Volodimir Hozadır. “Jidaçiv-Zirvə” atleti 94 kq çəki dərəcəsində mübarizəö aparacaq.

Ona uğurlar arzulayır, Olimpiadadan qızıl medalla dönməsini diləyirik!

SHARE
Şərh yaz