“Jidaçiv-Zirvə” təmsilçiləri Novı Tomıslda körpücük üzərində

shemchukPolşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Onlardan ikisi – “Jidaçiv-Zirvə” təmsilçiləri Dmitro Şemçuk və Oleq Mahmudov yaşı 17-yə qədər olan oğlanların 69 kq çəki dərəcəsindəki mübarizəyə qoşulublar.
B qrupunda çıxış edən Dmitro Şemçuk birdən qaldırma hərəkətində 117 kq, təkanla qaldırma hərəkətində isə 138 kq-ın öhdəsindən gəlib. Toplam 255 kq (117+138) nəticə göstərən Kamran Ağalarov yekun sıralamada 9-cu yeri tutub.
A qrupunda yarışan Oleq Mahmudov isə birdən qaldırma hərəkətində 112 kq, təkanla qaldırma hərəkətində isə 133 kq-ın öhdəsindən gəlib. Toplam 245 kq (112+133) nəticə göstərən Kamran Ağalarov yekun sıralamada 11-ci yeri tutub.

oleq

SHARE
Şərh yaz