Oktyabrın 24-29-da Kamenets-Podolski şəhərində yaşı 13 və 15-ə qədər olan ağır atletlər arasında Ukrayna birinciliyi keçirilib. 300-ə yaxın gənc atletin körpücük üzərində çıxdığı yarış maraqlı mübarizə şəraitində keçib. Turnirdə “Jidaçiv-Zirvə” təmsilçiləri də iştirak edərək çox sayda medal qazanıblar.
Denis Qotfrid və Andrey Gentoşun rəhbərliyi altında çıxış edən atletlər 6 qızıl və 2 gümüş medalla yüksək nəticə göstəriblər. Olqa İvjenko 115 kq (53+62), Dmitro Sokolovski 124 kq (57+67), Volodimir Kotelçuk 124 kq (57+67), Yuri Qrinçuk 197 kq (89+108), Boqdan Qoza 245 kq (115+130) və İqor Şolox 245 kq (115+130) nəticə ilə fəxri kürsünün ən yüksək, Vitali Barankeviç və Volodimir Qaliy isə müvafiq olaraq 106 kq (48+58) və 191 kq (84+108) nəticə ikinci pilləsinə qalxıblar.
Bu gözəl çıxışlar münasibətilə “Jidaçiv-Zirvə” təmsilçilərini təbrik edir, qarşıdakı yarışlarda da uğurlar qazanmalarını diləyirik!