“Zirvə” Beynəlxalq İdman Klubunun avqustda keçiriləcək Dünya Kuboku üçün 3-cü mərhələ yarışları ilk olaraq Ukraynada keçirilib. Lvov yaxınlığındakı Jidaçiv şəhərində baş tutan çempionat yetərincə böyük marağa səbəb olub.
Yay tətillərinin qızğın vaxt və çox sayda uşaqların dənizə, düşərgələrə getməsinə baxmayaraq, yarışda 90-a yaxın gənc və daha yaxşı atletlər iştirak edib. “Jidaçiv-Zirvə”nin mərhələ yarışları artıq adi bir turnir yox, şəhər üçün əsl bayrama çevrilib. Gün ərzində fasiləsiz davam edən yarışda qaliblərin mükafatlandırılması mərasimində Jidaçiv rayon administrasiyasının sədri, həmçinin Ali Radanın deputatı da iştirak edib. Bütün qonaqlar yaxşı təşkilatçılığı fərqləndirib, şəhərdə ağır atletikanın inkişafına hər cür yardımçı olacaqlarına söz veriblər. Öz növbələrində klubumuzun məşqçiləri Denis Qotfrd və Andrey Gentoş xarici sərmayə, yəni “Zirvə” Beynəlxalq İdman Klubunun böyük rolunu vurğulayıblar, həmçinin avadanlıqların alınmasında şəxsən Tofiq Heydərovun dəstəyini qeyd ediblər.
Turnirin media nümayəndələri tərəfindən işıqlandırılması da xoş ənənəyə çevrilib. Bu dəfə 3 rayon və 1 vilayət qəzeti yarış haqda xəbər hazırlayıblar. Məşqçiləri Denis Qotfrd və Andrey Gentoş televiziyaya da müsahibə veriblər. Mətbuatı yalnız idman yox, həm də müharibə şəraitində olan ölkədə gənclərin fiziki və vətənpərvər ruhda tərbiyə alması maraqlandırıb. Məşqçilər qeyd ediblər ki, idman bu baxımdan çox vacib rol oynayır və xalqı birləşdirərək sülhə imkan yaradır.
Əlavə edək ki, bir sıra idmançılar müxtəlif səbəblərdən mərhələ yarışında iştirak etməyiblər. Onlardan bəziləri digər beynəlxalq yarışlara hazırlaşdığından körpücük üzərinə çıxmayıblar (məsələn, İqor Obuxov, Anton Plesnoy).
Gənclər arasında dünya çempionatından yenicə qayıdan Volodimir Qoza da bu mərhələdə çıxış etməyib. Onun bu turnirdəki nəticəsi Dünya Kuboku üçün nəzərə alınacaqdır.
Sonda sizi mərhələ yarışının nəticələri ilə tanış edirik: