“Jidaçiv-Zirvə”dən böyük uğur!

suxotskiSentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi keçiriləcək. Yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun həm yerli, həm də xarici filiallarının üzvləri də iştirak edəcəklər. Dünən “Jidaçiv-Zirvə” təmsilçisi Dmitro Suxotski yaşı 17-yə qədər olan oğlanlar arasında 56 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimizi birdən qaldırma hərəkətində 106 kq-ın öhdəsindən gələrək bütün rəqiblərini rahatlıqla üstələyib.
Təkanla qaldırma hərəkətində isə 126 kq çəkini ram edən Suxotskiyə yenə çatan olmayıb.
Toplam 232 kq (106+126) nəticə göstərən “Jidaçiv-Zirvə” atleti Avropa birinciliyinin qalibi adını qazanıb və beynəlxalq klubumuzun aktivinə ilk qızıl medal yazdırıb.
Bu gözəl qələbə münasibətilə atletimizi, onun məşqçilərini təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

SHARE
Şərh yaz