Fevralın 1-4-də Ukraynanın Çerniqov şəhərində ağır atletika ölkə Kuboku keçirilib. İlin ilk yarışında 22 vilayətdən 200-ə yaxın atlet mübarizəyə qoşulub. Dünya, Avropa çempionatı və birincilikləri, Olimpiya Oyunlarının, həmçinin ölkə çempionatlarının qalib və mükafatçılarının yarışdığı Kubok gözlənildiyi kimi maraqlı mübarizə ilə yadda qalıb.
Həmişə olduğu kimi “Zirvə” İnternational Sport Clubs”ın Ukrayna filialı – “Jidaçiv-Zirvə” atletləri də bu yarışda iştirak ediblər. Kuboku 6 qadın və 5 qadın atletlə qatılan Denis Qotfridin yetirmələri 2 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.
Kişilərin mübarizəsində Anton Plesnoy bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kirill Piroqov, Vitali Oleviç və Vitali Smoşek isə gümüş medala sahib çxıblar.
Qadınlarda Anna Panova çempionluğu bayram edib. Olqa Zayats və Yelzaveta Baranova isə bürünc aktivlərinə bürünc medal yazıblar.
Növbəti dəfə uğur qazanaraq “Zirvə”nin adını alyiqincə təmsil edən komandamızı təbrik edir, qələbədə əməyi olan hər kəsə təşəkkür eir, qarşıdakı yarışlarda da uğurlar qazanmalarını arzulayırıq.
Bütün “Jidaçiv-Zirvə” atletlərinin Ukrayna Kubokundakı çıxış cədvəli ilə aşağıda tanış ola bilərsiniz:
N | Adı | Çəki/kq | Birdən | Təkanla | Toplam | Yer |
Kişilər | ||||||
1. | Oleq Nikolin | 69 | 110 | 135 | 245 | 10 |
2. | Vitali Smoçek | 69 | 121 | 151 | 272 | 2 |
3. | Vitali Oleviç | 84 | 154 | 165 | 319 | 2 |
4. | Anton Plesnoy | 94 | 165 | 202 | 367 | 1 |
5. | Kirill Piroqov | 94 | 166 | 187 | 353 | 2 |
6. | Oleq Pilipyak | +105 | 135 | 180 | 315 | 8 |
Qadınlar | ||||||
7. | Olqa Zayats | 48 | 61 | 73 | 134 | 3 |
8. | Yarina Petruk | 48 | 40 | 47 | 87 | 8 |
9. | Qanna Panove | 75 | 96 | 120 | 216 | 1 |
10. | Diana Naqornyuk | 90 | 77 | 88 | 165 | 4 |
11. | Yelizaveta Baranova | +90 | 92 | 117 | 209 | 3 |