“Jidaçiv-Zirvə”dən Ukrayna çempionatında 10 medal: onlardan 5-i qızıldır!

FB_IMG_1458282787614

Martın 16-19-da Xmelnitski şəhərindəki “Episentr” İdman Kompleksində yaşı 20-yə qədər olan idmançılar arasında ağır atletika üzrə Ukrayna çempionatı keçirilib. Yarışa ölkənin bütün bölgələrindən 200-ə yaxın güclü, bir çox beynəlxalq yarışların qalib və mükafatçıları olan atletlər qatılıblar. İştirakçılar arasında “Jidaçiv-Zirvə” nümayəndələri də olub. Onların qazandıqları nəticələri eşitmək bizə xoş oldu.

Bu ilin iyununda Gürcüstanda keçiriləcək gənclər arasında dünya çempionatına seçim xarakteri daşıyan bu turnirdə komandamızın üzvləri 10 medal qazanıblar. Bunlardan 5-i qızıl, biri gümüş, dördü isə bürünc olub.

Onları və məşqçilərini təbrik edir, qarşıdakı yarışlardan da uğurla dönmələrini arzulayırıq!

Nəticələr, şəkillər və videolarla aşağıda tanış ola bilərsiniz:

Qadınlar

Name Çəki Birdən Təkanla Toplam Yer
Qanna Panova 69 kq 82 95 177 3
Diana Naqornyuk 75 kq 74 86 160 3
Yelizaveta Baranova +75 kq 97 121 118 1

 

Kişilər

Name Çəki Birdən Təkanla Toplam Yer
Artur Qordişinskiy 69 kq 128 157 285 1
Oleq Nikolin 69 kq 120 147 267 3
İqor Obuxov 85 kq 140 183 223 1
Anton Serdyukov 85 kq 136 165 301 3
Kirill Piroqov 94 kq 160 191 351 2
Anton Plesnoy 94 kq 160 192 352 1
Volodimir Qoza 105 kq 176 210 386 1

 

11220825_1696123823996856_4450528250101149582_n

1910445_1696123800663525_7911281387228326794_n

SHARE
Şərh yaz