Kənan Əliquliyev yarışı birinci pillədə başa vurdu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış günü davam edir.

Kişilər arasında 81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn atletlərin adları məlum olub. Azərbaycan çempionu tituluna toplam 296 kq (131+165) nəticə göstərən Kənan Əliquliyev layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq toplam 289 kq (130+159) nəticə ilə Orxan Zeynalov və toplam 280 kq (122+158) nəticə ilə Füqan Əliyev tutub.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

81 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Əliquliyev Kənan1998LənkəranZirvə79.8131165296
2.Zeynalov Orxan1992NeftçalaZirvə79.7130159289
3.Əliyev Fuqan2001LerikZİrvə76.5122158280
4.Baxışov İsmayıl2001QobustanZirvə77.8119149268
5.Mamayev Yaşar2003NeftçalaZirvə80.1110126236
6.Qasımzadə Ümüd2001CəlilabadZirvə81.095125220
7.Quliyev Sənan1995SamuxZirvə78.51250
8.Hüseynzadə Fərid1988SumqayıtZirvə80.2900
SHARE
Şərh yaz