Kənan Əliquliyev 5 Avropa rekordunu yenilədi!

_AAF7150

“Zirvə” İdman Klubunun 2013-cü il Final mərhələsinin ən yaxşı idmançılarından biri Kənan Əliquliyev oldu. Onun 69 kq çəki dərəcəsində nümayiş etdirdiyi çıxış, turnirin bəzəyi oldu. Lənkəran atleti toplamda 264 kq (119+145) nəticə göstərərək, birdən-birə 5 Avropa rekordunu təzələdi. O, birdən qaldırma hərəkətində 1, təkanla qaldırma və toplamda isə 2 rekord yenilədi. Kənanın çıxışı böyük alqışlara səbəb oldu. Biz də onu təbrik edir, bu rekordları beynəlxalq arenalarda da təkrarlamağı arzulayırıq.

Bu çəkidə ikinci yeri 264 kq-la (107+126) Şərifov Elşən, üçüncü yeri isə 227 kq-la (102+125) Bağırov Emil tutdu.

 

[nggallery id=167]

69 kq

N İdmançı Təvəllüd Şəhər Çəki Birdən Təkanla Cəmi
1. Əliquliyev Kənan 1998 Lənkəran 66.1 119 145 264
2. Şərifov Elşən 1996 Şaxamı 56.6 107 126 233
3. Bağırov Emil 1997 Masazır 65.3 102 125 227
4. Zeynalov Fərid 1998 Neftçala 65.5 100 125 225
5. Kazımov Ələddin 1998 Goranboy 65.4 90 105 195
6. Səfərov Almazxan 2000 Masazır 63.0 78 95 173
7. Həziyev İlham 1996 Sumqayıt 67.0 70 90 160
8. Əlizadə Nurid 1997 Lənkəran 64.7 70 80 150
9. Ağayev Arif 1999 Lənkəran 67.0 60 76 136
10. Məmmədzadə Sərdar 1998 Qazax 67.5 50 60 110
11. Rəcəbov Malik 1997 Lənkəran 63.8
12. Əsədzadə Qorxmaz 1996 Lənkəran 66.5

 

 

SHARE
Şərh yaz