Kənan Əliquliyev çıxışını başa vurdu

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Yeniyetmələr arasında X Avropa birinciliyi növbəti günün yarışların start verilib. Valeh Baxşəlizadədən sonra daha bir idmançımız körpücük üzərinə çıxıb. 62 kq çəki dərəcəsində Kənan Əliquliyev mübarizəyə qoşulub.

14 yaşlı idmançımız bu çəki dərəcəsinin “B” qrupunda yarışıb.

Kənan həm birdən, həm də təkanla qaldırmada uğurla çıxış edib.

Əliquliyev birdən qaldırmada növbə ilə 95, 100 və 102 kq çəkiləri başı üzərinə qaldıraraq bu həkərtdə 1-ci yeri tutub.

Təkanla qaldırma hərəkətinə 120 kq-ı ram edən atletimiz, daha sonra sifariş verdiyi 125 kq-ı təəssüf ki, növbəti iki cəhdində qaldıra bilməyib. O, bu hərəkətdə ikinci yeri tutub.

Buna baxmayaraq, toplamda 222 kq (102 kq + 120 kq) nəticə göstərən Kənan, “B” qrupunda ümumi sıralamada 1-ci yeri tutub.

“A” qrupundakı yarışlar başa çatıb. Onun nəticələrinə əsasən, Əliquliyev Kənan ümumi sıralamada 10-cu yeri tutub.

SHARE
Şərh yaz