Kənan Xəlilov Avropa çempionatında qızıl medal qazandı

kxelİsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı bu gün start götürüb. Dekabrın 2-10-u tarixlərində davam edəcək yarışda Azərbaycan yığma komandası da iştirak edir. Təmsilçilərimizdən daha biri – Kənan Xəlilov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 56 kq çəki dərəcəsində çıxış edib.
Kənan birdən qaldırma hərəkətində əla çıxış edib. O, üçüncü yanaşmasında 110 kq-ı ram edərək bütün rəqiblərini üstələyib.
Bir müddət əvvəl Azərbaycan Kubokunun sahibi olan Xəlilov təkanla qaldırma hərəkətində cəmi 118 kq-ı başı üzərinə qaldıra bilib.
Millimizin üzvü, “Neftçala-Zirvə” təmsilçisi 228 kq (110+118) nəticə göstərərək gənclər arasında Avropa çempionatının bürünc medalçısı adını qazanıb. Əla nəticədir. Çünki bu atletin cəmi 17 yaşı var və özündən yaşca böyüklər arasında uğurlu nəticə əldə edib.
Təbrik edirik!

img-20161204-wa0015img-20161204-wa0019img-20161204-wa0021

SHARE
Şərh yaz