Karateçimiz Azərbaycan çempionatında medal qazandı


23-25 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclərin 19-cu, Böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkil etdiyi respublika çempionatında görüşləri idarə etmək üçün Türkiyə, Gürcüstan, Qazaxıstan və İrandan hakimlər dəvət olunub. Turnirdə respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər arasında 34 klubdan 522 idmançı iştirak edib.
Yarışda məşqçimiz Rüstəm Əkbərovun rəhbərliyi altında “Zirvə” İdman Klubunun nümayəndələri də çıxış edib. Onlardan biri – Hüseyn Hüseynov 12-13 yaşlı uşaqların fərdi kumite yarışlarında 45 kq çəki dərəcəsində uğur qazanıb. O, bürünc medal əldə edib. Hüseyn bu qələbədən sonra milli komandanın heyətinə dəvət alıb.
İdmançımızı təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq.

SHARE
Şərh yaz