Kamran Ağalarov B qrupunda yarışdı

ka-a
Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının , həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Onlardan biri yaşı 17-yə qədər olan oğlanların 69 kq çəki dərəcəsindəki mübarizəyə qoşulan Kamran Ağalarovdur. O, bu çəkinin b qrupunda yarışıb.
“Qobustan-Zirvə” atleti birdən qaldırma hərəkətində 100 kq, təkanla qaldırma hərəkətində isə 120 kq-ın öhdəsindən gəlib. Toplam 220 kq (100+120) nəticə göstərən Kamran Ağalarov yekun sıralamada 12-ci yeri tutub.

SHARE
Şərh yaz