Rumıniyanın paytaxtı Buxaarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində daha bir idmançımız körpücük üzərinə çıxıb. Kamran Beskov 77 kq çəki dərəcəsinin “B” qrupunda qüvvəsini sınayıb.
Birdən qaldırma hərəkətində Kamran ilk sifariş verdiyi 102 kq çəkini yalnız ikinci yanaşmada qaldıra bilib. Daha sonrakı çəkini isə – 107 kq – Beskov ram edə bilməyib və bu hərəkətdə yalnız 4-cü olub.
Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən atletimiz ilk yanaşmasında 130 kq-ı qaldırıb. Sonrakı iki yanaşmada 135 kq-lıq çəkinin öhdəsindən gələ bilməyib. Ancaq bu nəticə Kamrana həm bu hərəkətdə, həm də toplamda 245 kq-la (105 kq + 130 kq) 3-ü yeri tutub.
Kamran ümumi sıralamada 10-cu yeri tutdu.