Kamran İsmayılov dünya 5-cisi oldu

kamran ismayilov 85 peru

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi davam edir. Aktivində üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – olan Azərbaycan milli komandasının üzvlərindən daha biri körpücük üzərinə çıxıb. Kamran ismayılov 85 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Birdən qaldırma hərəkətində əvvəlcə 142, sonra isə 146 kq-ın öhdəsindən gələn atletimiz, sonuncu yanaşmasında 148 kq sifariş verib. Ancaq çəki onun üçün ağır gəlib və idmançımız bu hərəkətdə 4-cü olub.

Təkanla qaldırma hərəkətində İsmayılov birinci yanaşmasında 175 kq-ı ram edib. Növbəti iki cəhddə isə idmançımız 181 kq-la mübarizə aparıb. Üçüncü yanaşmasında çəkinin öhdəsindən gələn Kamran, bu hərəkətdə 5-ci olub.

Toplamda 327 kq (146 kq + 181 kq) nəticə göstərən İsmayılov gənclər arasında dünya çempionatında 5-ci pilləyə sahib çıxıb. Medal qazanmamasına baxmayaraq, gənc atletimizin nəticəsinin müsbət dəyərləndirmək olar. Dünyanın ən güclüləri sırasında olmaq kiçik uğur deyil.

kamran 85 peru

SHARE
Şərh yaz