Kaptari B qrupunda yarışdı

kaptari dumitruRio-De-Janeyrodakı Yay Olimpiya Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir üzvü Dumitru Kaptari mübarizəyə qoşulub. “Kişinyov-Zirvə” atleti 77 kq çəki dərəcəsində B qrupunda yarışıb. O, Rumıniya yığmasının şərəfini qoruyub.
Dumitru birdən qaldırma hərəkətində ilk olaraq 145 kq-ı ram edib. Daha sonrakı yanaşmada 150 kqı- sifariş versə də, çəkinin öhdəsindən gələ bilməyib. Buna səbəb onun aldığı zədə olub. Təəssüf ki, Kaptari ağrılar səbəbindən təkanla qaldırma hərəkətindən də imtina edərək yarışı yarımçıq dayandırmalı olub.
Atletimizə tezliklə sağalıb, mübarizəyə dönməsini arzu edirik!

SHARE
Şərh yaz