Karate üzrə açıq Zirvə birinciliyi keçirilib

1-2 fevral tarixində AAAF Park Yaşayış Kompleksinin yarış zalında Zirvə Beynəlxalq İdman Klublarının 2 fevral – Gənclər gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında karate üzrə açıq Zirvə Birinciliyi keçirilib. Yarışda Bakı ilə yanaşı, Sumqayıt, Xaçmaz, Sabirabad, Gəncə, Şəki, Ağdaş və digər regionlardan 25-dən çox müxtəlif klub və cəmiyyətləri təmsil edən 400-ə yaxın idmançı iştirak edib.

Birinciliyinin təşkilində məqsəd Azərbaycanda karate idman növünün inkişaf etdirilməsi, idmançı və hakimlərin ustalığının artırılması, karate üzrə fəaliyyət göstərən cəmiyyətlərin və klubların işinin təkminləşdirilməsi, Azərbaycan gənclərinin mənəvi və fiziki hazırlığının inkişaf etdirilməsi, karatenin daha da kütləviləşdirilməsi və gənclərin asudə vaxtını səmərəli istifadə etməsi, perspektivli idmançıların seçilməsidir. Yarışda uşaqlar 5, 6-7, 8-9, 10-11, 12-13, yeniyetmələr 14-15, gənclər isə 16-17 yaş qruplarında medal mübarizəsi aparıblar.

Turnirdə komanda hesabında qalib adını 9 qızıl medalla “Qara qaplan”, ikinci yeri 5 qızılla “Zirvə”, üçüncü yeri isə 4 qızılla “Fərasət” klubu qazanıb.

ŞƏKİLLƏR

SHARE
Şərh yaz