Sentyabrın 21-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında açıq havada Oyama kyokuşin karate üzrə uşaqlar, yeniyetmələr, qızlar və gənclər arasında şəhid Hatəm Allahverdiyevin xatirəsinə həsr olunmuş klublararası turniri keçirilib. Yüzə yaxın idmançının qatıldığı yarışda Mehman Nəbiyevin rəhbərliyi altında “Zirvə”çilər də iştirak ediblər. Karateçilərimiz uğurlu nəticə – 4 qızıl, 2 gümüş və 1 bürünc – qazanıblar.
27 kq çəki dərəcəsində Adil Qədirov, 40 kq-da Əlixan İsmayılov, 42 kq-da Cavidan Hüseynli öz çəkilərində 1-ci, 34 kq-da Mirkazım Məmmədov və 36 kq-da Yusif Dadaşzadə 2-ci, 45 kq-da Rəsul Quliyev və 31 kq-da Əlisadiq Məmmədov 3-cü yeri tutublar.
Təbrik edirik!