Karateçilərimiz Azərbaycan çempionatında uğurlu çıxış ediblər

31 mart – 1 aprel tarixlərində Azərbaycan Respublikası Şito-Ryu Karate Do Federasiyasının XIV Açıq Respublika çempionatı keçirilib. Yarışda “Zirvə” İdman Klubunun üzvləri də çıxış ediblər. Məşqçi Rüstəm Əkbərovun rəhbərliyi altında idmançılarımız müxtəlif yaşlarda medallar qazanıblar.

7 yaşlı Murad Əsgərov və 15 yaşlı Rəşad Rəhimli 1-ci yer, 9 yaşlı Büsta Məmmədli 3-cü yer, 21 yaşlı Mirəli Məmmədli isə 2-ci yeri tutublar.

Bununla yanaşı, “Zirvə” komanda yarışında da uğurlu çıxışla yadda qalıb. Təmsilçilərimiz gümüş medal qazanıblar.

Uğur münasibətilə idmançılar və məşqçimizi təbrik edir, onlara qarşıdakı yarışlarda da qələbələr arzulayırıq!

SHARE
Şərh yaz