Karateçilərimiz Azərbaycan çempionu oldular

22-24 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıb.

Yarışda Rüstəm Əkbərovun rəhbərliyi altında “Zirvə” karateçiləri də iştirak edərək uğur qazanıblar. Təmsilçilərimiz iki qızıl və bir bürünc medal əldə ediblər.

12-13 yaşlılarda 55 kq-da Xudaş Ağayev, 16-17 yaşlılarda isə Tale Yaqubov 68 kq-da bütün rəqiblərini üstələyərək çempion olublar. Böyüklərdə isə 75 kq çəki dərəcəsində Samir İbrahimov 3-cü yeri tutub.

Respublika çempionatının mükafatçıları ayrı-ayrı yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Təbrik edirik!

SHARE
Şərh yaz