Karateçilərimiz beynəlxalq yarışda 9 medal qazandılar!

14-17 mart tarixlərində Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində 10-cu “Baku Open” Beynəlxalq Karate Turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil edtiyi yarış, həmçinin federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunub.
Uşaqlar, Yeniyetmələr, Gənclər, Böyüklər və Veteranlar arasında yubiley turnirində 14 ölkədən ölkədən 1056 karateçi mübarizə aparıb. Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri və mütəxəssislər, eləcə də bir neçə ölkədən beynəlxalq hakimlər, turnirin yüksək səviyyədə təşkil edilməsində birgə iştirak edib.
Ənənəvi olaraq, yarışda “Zirvə” Beynəlxalq İdman Klublarının karateçiləri də iştirak ediblər və uğurlı çıxışla yadda qalıblar. Gənc mütəxəssis Rüstəm Əkbərovun rəhbərliyi altında döyüşən idmançılarımız 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Dadaşzadə Hüseyn (6-7 yaş qrupu, 28 kq), Şövlətov Murad (6-7 yaş, +29 kq), Yaqubov Tale (16-17 yaş qrupu, 68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
Yusibov Rafael (6-7 yaş, +28 kq) və İbrahimov Samir (18+ yaş, -75 kq) gümüş medal, Kamilov Şamo (8-9 yaş, +38 kq), Ağayev Xudaş (12-13 yaş, -50 kq), Hüseynov Hüseyn (12-13 yaş, -45 kq), Yaqubov Tural (18+ yaş, -75 kq) bürünc medulla fərqləniblər.
Qeyd etmək lazımdır ki, ötən il analoji yarışda komandamız cəmi bir bürünc medal əldə edə bilmişdi.
Qazanılan medallar münasibətilə idmançıları və məşqçilərimizi təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmalarını diləyirik.

SHARE
Şərh yaz