Karateçilərimiz beynəlxalq yarışda uğur əldə etdilər

Dekabr ayının 5-də Ukraynanın Lvov şəhərində karate üzrə Ukrayna Premyer Liqasının XI Lvov açıq çempionatı keçirilib. Yarışda Rüstəm Əkbərovun rəhbərliyi altında “Zirvə” karateçiləri də uğurla mübarizə aparıblar.
10-11 yaşlı karateçilərin yarışında +44 kq çəki dərəcəsində Şamo Kamilov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu onun qısa müddət ərzində ikinci böyük nailiyyətidir. Şamo ötən ay dünya birinciliyinin də qalibi adını qazanmışdı.
16-17 yaşlı karateçilərin mübarizəsində isə Hüseyn Hüseynov 55 kq çəki dərəcəsində bürnc medala sahib çıxıb. İdmançımız ötən ay Azərbaycan çempionu adına da yiyələnmişdi.
Təbrik edirik!

SHARE
Şərh yaz