21-23 iyun tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçirilib. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 10-dək ölkədən idmançılar iştirak ediblər. Qara dəniz və Xəzəryanı ölkələr arasında keçirilən xatirə turnirində beş yaşdan yuxarı karateçilər mübarizə aparıblar.
Yarışda “Zirvə” Beynəlxalq idman Klublarının üzvləri də mübarizə aparıblar. Gənc mütəxəssis Rüstəm Əkbərovun rəhbərliyi altında çıxış edən karateçilərimiz 3 medal qazanıblar.
18 yaşdan yuxarı karateçilərin yarışında 75 kq çki dərəcəsində Samir İbrahimov qızıl, 67 kq çəki dərəcəsində isə Mirəli Məmmədli bürünc medal əldə edib.
Yaşı 13-ə qədər olan idmançıların mübarizəsində isə Nurlan Məmmədli 42 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Karateçilərimizi təbrik edir, qarşıdakı yarışlar da uğurlu çıxışlar arzulayırıq!