Karateçilərimiz dünya çempionatında 2 qızıl və bir bürünc medal qazandılar

Aprelin 20-22-də Türkiyənin İstanbul şəhərində Şotokan Karate üzrə dünya çempionatı keçirilib. Bu yarışda “Zirvə” İdman Klubunun üzvləri də iştirak ediblər. Gənc mütəxəssis Rüstəm Əkbərovun rəhbərliyi altında 3 karateçimiz uğur qazanıblar.

Belə ki, yaşı 18-dən yuxarı olan karateçilərin Ciu Kumite mübarizəsində Mirli Məmmədli qızıl, Tural Həsənov is bürünc medala sahib çıxıb.

Şobu İppon Kumite döyüşlərində isə 75 kq çəki drəcəsində Samir İbrahimov qızıl medala layiq görülüb.

Karateçilərimizi bu uğur münasibətilə təbrik edir, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz