Karateçilərimizdən uğurlu çıxış!

28-31 oktyabr tarixlərində Vətən müharibəsi Zəfərinə həsr olunmuş karate üzrə yeniyetmə və gənclər arasında 21-ci Respublika birinciliyi keçirilib. Bu yarışda “Zirvə” idmançıları da çıxış ediblər. Təcrübəli mütəxəssis Rüstəm Əkbərovun rəhbərliyi altında ioki idmançımız uğurla çıxış etməyi bacarıb.

14-15 yaşlı idmançıların mübarizəsində 70 kq çəki dərəcəsində Ağayev Xudaş gümüş medal qazanıb. 16-17 yaşlı idmançılarda isə 55 kq çəki dərəcəsində hüseyn Hüseynov bütün rəqiblərini üstələyərək 1-ci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hər iki idmançımız bu çıxış ilə milli komandanın heyətində çıxış etmək imkanı qazandılar. Onlar İtaliya və Çexiyada təşkil olunacaq beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Təbrik edirik!

SHARE
Şərh yaz