Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komanda Danimarkanın Aalborq şəhərində növbəti Avropa çempionatında mübarizə aparır. 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirak edir. Onların arasında “Zirvə” karateçiləri də var.
Məşqçi Rüstəm Əkbərovun yetirməsi olan Tale Yaqubov 14-15 yaşlı yeniyetmələr arasında kumitedə 63 kq çəki dərəcəsində tatami üzərinə çıxıb. Bütün rəqiblərinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Olimpiya idman növü olan WKF Karate üzrə Avropa çempionatının qızıl medalına yiyələnən Taleni və onun qələbəsində əməyi hər kəsi təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmalarını arzulayırıq!


