Karateçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri 14-15 sentyabr tarixlərində Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak ediblər. Yarışa 36 ölkədən 1875 karateçi qatılıb. İdmançılarımız turniri 8 medalla başa vurublar.
Sevindiricidir ki, fəxri kürsüyə qalxanlar arasında “Zirvə” Beynəlxalq İdman Klublarının üzvü Tale Yaqubov da olub. 16-18 yaşlı gənclərdə 68 kq-da yarışan karateçimiz bürünc mükafata sahib çıxıb.
Təbrik edirik!

SHARE
Şərh yaz