28-30 sentyabr tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turniri keçirilib. Ənənəvi yarışın təntənəli açılış mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın karate növünə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıb.
3 gün davam edən yarışda 12 ölkədən 850-dək müxtəlif yaşlı idmançı iştirak edib. Turnirdən bir gün əvvəl, 27 sentyabrda isə dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib.
Turnirdə “Zirvə” İnternational Sport Clubs-ın bir neçə üzvü də məşqçi Rüstəm Əkbərovun rəhbərliyi altında tatami üzərinə çıxıb. Onlardan biri – Samir Ibrahimov 75 kq çəki dərəcəsind uğur qazanıb. 5 döyüş keçirən karateçimiz 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.
Təbrik edirik!