23-25 avqust tarixlərində Türkiyənin Rizə şəhərində Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilib. Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb.
Ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 qızıl, 14 gümüş və 17 bürünc medalla ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutublar. Millinin üzvləri arasında “Zirvə” Beynəlxalq İdman Klublarının üzvü də olub. Böyüklərdə 75 kq çəki dərəcəsində Samir İbrahimov yarşıb. O, uğurlu çıxış edərək bürünc medala sahib çıxıb.
Təbrik edirik!