Karateçimiz Gənclər Liqasında gümüş medal qazandı

Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gəncləri Liqasında mövsümün ikinci turniri keçirilib. Yarışda Azərbaycan yığmasının çox sayda üzvü iştirak edib. Onların arasında “Zirvə” təmsilçisi Xudaş Ağayev də olub.

Milli yığma komandanın da üzvü olan karateçimiz finala qədər irəliləyə bilib. 14-15 yaşlı idmançıların 70 kq çəki dərəcəsində o, ardıcıl olaraq Polşa, Bosniyavə Herseqovina, Latviya, Ukrayna və Moldova təmsilçilərinə qalib gəlməyi bacarıb. Yalnız həlledici qarşılaşmada digər Azərbaycan təmsilçisi Rumil Cəfərliyə məğlub olan Xudaş yarışın gümüş medalına sahib çıxıb.

İdmançımızı və onun məşqçilərini təbrik edirik!

SHARE
Şərh yaz