“Kaspi” qəzeti Səbinə Əzimovadan yazdı!

Azərbaycanın ən yaşlı və populyar qəzetlərindən olan “Kaspi” öz “Gənclik” əlavəsində qadın ağır atletikasına diqqət ayırıb. “Zirvə” Beynəlxalq İdman Klubunun lənkəranlı atleti, Avropa birinciliklərinin ikiqat qalibi, dəfələrlə ölkə çempionu olan Səbinə Əzimovaya bir səhifəlik “Portret” yazı həsr olunub. Müəllif 16 yaşlı gənc qızımızın zirvəyə çətinliklərlə qalxdığını, hər şeyə öz əzmi, çalışqanlığı ilə nail olduğunu qeyd edib.
Yazı qəzetin bugünkü – 30 dekabr 2016-cı il tarixli sayında çap edilib. İstəyənlər bütün qəzet köşklərindən ala bilərlər. Sizə həmin səhifənin elektron variantını aşağıda təqdim edirik:

SHARE
Şərh yaz