Kazan Universiadasına az qalıb

kazan2013

6-17 iyul tarixlərində Rusiyanın Kazan şəhərində 27-ci Ümumdünya Yay Universiadası keçiriləcək. 170-dən çox ölkənin iştiraki edəcəyi bu mötəbər turnirdə ağır atletika üzrə yarışlar da keçiriləcək. Azərbaycanm milli komandasının üzvləri də medallar uğrunda mübarizə aparacaqlar. Hələ ki, yığmamızın üzvlərinin adları haqda məlumat yoxdur. Ancaq o məlumdur ki, yarışda 10 nəfərlə çıxış edəcəyik.

Qeyd etmək lazımdır ki, Universiadada çox ciddi rəqiblərimiz olacaq. Xüsusilə yerli komanda – Rusiya yığması ən güclü idmançılarını yarışda sınamaq niyyətindədi. Məsələn, qadın komandasında Marina Şainova, Nadejda Yevstyuxina və Tatyama Kaşirina kimi çox güclü idmançılar var.

SHARE
Şərh yaz