Kənan Əliquliyev Azərbaycan çempionatının gümüş medalçısıdır!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Bu gün ilk olaraq çəkisi 77 kq olan atletlər körpücük üzərinə çıxıblar. Klubumuzu üçün əlamətdar olan hadisə təmsilçimiz Kənan Əliquliyevin idman ustası normativini yerinə yetirməsi oldu. 18 yaşlı “Lənkəran-Zirvə” atleti 286 kq (125+161) nəticə ilə gümüş medala sahib çıxdı. Sevindiricidir ki, bürünc medalı da “Zirvəçi” Orxan Zeynalov qazanıb. Çempion isə Əfqan Bayramov olub.

Təbrik edirik!

1. Bayramov Əfqan 1983 Təhsil 77.00 130 180 310
2. Əliquliyev Kənan 1998 Zirvə 73.00 125 161 286
3. Zeynalov Orxan 1992 Zirvə 76.35 130 156 286
4. Bağırov Emil 1997 Zirvə 73.20 115 135 250
5. Səlimov Fuad 1999 Spartak 76.00 107 135 242
6. Yarıyev Cavidan 1998 Təhsil 76.50 105 121 226
7. Rəhimli Cavid 1998 UGFHK 73.85 100 120 220
8. İmranov Rövşən 1999 Spartak 73.90 90 115 205
9. Əskərov Pərvin 1990 UGFHK 76.75 101 0 0
10. Qasımov Əli 1999 Spartak 70.35 0 0 0

 

SHARE
Şərh yaz