İsveçin Landskrona şəhərində avqustun 1-9-u tarixləri arasında keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri çıxış edirlər.
Bu gün onlardan biri – Xəlilov Kənan yaşı 17-yə qədər olan oğlanların mübarizəsində gücünü sınayıb. O, 56 kq çəki dərəcəsində çıxış edib. “Neftçala-Zirvə” atleti birdən qaldırma hərəkətində 97 kq nəticə ilə 4-cü olub və medaldan cəmi 1 kq geri qalıb.
Təkanla qaldırma hərəkətində Kənan yanaşmalarını 110 kq-la başa vurub və bu hərəkətdə 8-ci olub.
Toplamda 207 kq (97+110) nəticə göstərən ağır atletimiz, yekun sıralamada 7-ci yeri tutub.