Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə qadınlar və kişilər arasında Avropa çempionatında “Zirvə” Beynəlxalq İdman Klubunun növbəti üzvü çıxış edib. “Kişinyov-Zirvə” təmsilçisi Natalya Prişepa 75 kq çəki dərəcəsində mübarizə aparıb. Moldovalı atlet uğurlu çıxışla yadda qalıb.
Natalya birdən qaldırma hərəkətində 110 kq, təkanla qaldırmada isə 130 kq ştanqı qaldıra bilib. Bununla Prişepa 240 kq toplam nəticə ilə bu çəki də Avropa çempionatının bürünc medalına sahib çıxa bilib.
Atletimizi təbrik edir, ona qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!