Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatına start verilib. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.
Yarışda “Zirvə” Beynəlxalq İdman Klubu – Zirve İnternational Sport Clubs-ın nümayəndələri də iştirak edirlər. Onlardan biri artıq körpücük üzərinə çıxaraq uğur qazanıb.
“Kişinyov-Zirvə”nin atleti Oleq Sırqi Avropa çempionatının qalibi olub. Moldovalı idmançı birdən qaldırma hərəkətində 113 kq-la 5-ci olsa da, təkanla qaldırmada daha yaxşı çıxış edib. Oleq 151kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 264 kq-ı (113+151) ram etməklə qızıl medala sahib çıxıb.
Onu təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!