“Kişinyov-Zirvə” məşqlərini davam etdirir

20140903_183132

“Zirve İnternational Sport Clubs” Moldovadakı quruculuq işlərini davam etdirir. Artıq yerli “Kişinyov-Zirvə” klubunun məşq zalı istifadəyə tam hazırdır. Bu kompleks bütün lazımi inventarlarla təchiz olunub. Zalda duş və paltardəyişmə otaqları var. Əsas yarış körpücüyü ilə yanaşı, 11 məşq körpücükləri də vardır. Hündürlüyü 6 metr, eni 8, uzunluğu 20 metr olan bu zalın vasitəsilə istənilən səviyyəli yarışlara hazırlaşmaq üçün bütün imkanlar var.

Hazırda “Kişinyov-Zirvə” klubunun idmançıları beynəlxalq yarışlara hazırlıqlarını məhz burada davam etdirirlər. Hmin hazırlıqdan çəkilən fotoları sizə təqdim edəcəyik. Yaxın vaxtlarda ümumilikdə Moldova Ağır Atletika yığma komandasının burada təlim-məşq toplanışı keçməsi də nəzərdə tutulub.

Orada 128 kv.m-lik tamamilə taxtadan olan evin də yekun işləri görülür. “AAAF Park Moldova”nın ərazisindəki meşədə də taxta evlərin tikintisinə start verilib.

20140903_174408

20140903_174518

20140903_174648

20140903_174801

20140903_174838

20140903_175341

20140903_175637

20140903_182903

20140903_182948

20140903_183132

SHARE
Şərh yaz