Klubumuzun açıq cüdo birinciliyi keçirildi

Копия DSC_0459

Martın 25-də cüdo üzrə 1998-2000-ci il təvəllüdlü oğlan və qız yeniyetmələr arasında “Zirvə” Beynəlxalq İdman Klubunun açıq birinciliyi keçirildi. Masazırdakı İdman Kompleksimizdə baş tutan turnirdə 70-ə yaxın idmançı medallar uğrunda mübarizə apardı.

Yarışda “Zirvə” BİK-in Sumqayıt, Bakı, Abşeron və İsmayıllı filiallarının, həmçinin Sumqayıtın 2 saylı UGİM və İOEUGİM, həmçinin Bakının Yasamal UGİM-1 nümayəndələri tatami üzərinə çıxıblar.
Maraqlı mübarizə şəraitində keçən yarışda klubumuzun üzvləri fərqləniblər. “Bakı-Zirvə” cüdoçuları 3 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında turnirin qalibi olublar. İkinci yeri Sumqayıtın 2 saylı UGİM-i, üçüncü yeri isə “Sumqayıt-Zirvə” idmançıları tutublar.
Qalib və mükafatçılara medal və fəxri diplomlar təqdim edilib. Yarışın bütün nəticələri, həmçinin fotoreportajla aşağıda tanış ola bilərsiniz:

cudo 25 mart neticeler

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

 

SHARE
Şərh yaz