Klubumuzun daha bir beynəlxalq yarışı başlayır!

cudo yaris loqo

“Zirvə” Beynəlxalq İdman Klubu daha bir mötəbər yarışı təşkil etməyə hazırlaşır. Ağır atletika üzrə “8-ci Zirvə Kuboku və 1-ci “Zirve İnternational Sport Clubs” Dünya Çempionatı”ndan sonra bu dəfə cüdo yarışına şahidlik edəcəyik. Yeni, daha böyük və geniş yarış zalımızda keçiriləcək turnir də beynəlxalq xarakter daşıyacaq.

Cüdo üzrə beynəlxalq “Zirvə Kuboku” – “Zirvə Beynəlxalq İdman Klubunun cüdo idman növü üzrə 1998-2000, 2001-2006-cı il təvəllüdlü oğlanlar arasında açıq birinciliyi” adını daşıyan bu yarış avqustun 30-31 tarixlərində keçiriləcək. Birincilikdə 200-dən çox idmançının iştirakı gözlənilir. Onların içərisində regionlarımızdan İsmayıllı, Lənkəran, həmçinin Xırdalan, Sumqayıt və Bakı, eyni zamanda Türkiyə filialımızdan cüdoçular da vardır. Bütün bu idmançılar “Zirvə” BİK-in üzvləridir.

Yarışın keçirilməsində məqsəd cüdо idman növünün bölgələrdə təbliği və inkişafı, yeniyetələr arasında dоstluq əlaqələrinin yaradılması, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublika və şəhər birinciliklərində iştirak edəcək klubun yığma kоmandasının kоmplektləşdirilməsidir.

Turnir Beynəlxalq Cüdо Federasiyasının mövcud qaydalarına uyğun оlaraq keçirilir. Çəki dərəcələri bunlardır:
Yeniyetmələr (1998-2000) – 42, 46, 50, 55, 60, 66, 73, 81, 90, +90 kq.
Kadetlər (2001-2006) – 21, 24, 27, 30, 34, 38, 42, 46, 50, 55, 60, 66, +66 kq .

Yarışın reqlamentinə əsasən 29 avqust – Gəlmə günü, 09.00-dan 17.00-dək mandat kоmissiyası, 17.00 – kоmanda nümayəndələrinin, məşqçilərin, hakimlərin birgə iclası, 30 avqust – Yeniyetmələr (1998-2000) və Kadetlər (2001-2006) arasında bütün çəki dərəcələrində 09.00-dan 10.00-dək çəkilmə və püşk atma, 11.00-da ilkin və yarımfinal görüşləri, 31 avqust – Yeniyetmələr (1998-2000) və Kadetlər (2001-2006) arasında bütün çəki dərəcələrində bürünc mükafat uğrunda və final görüşləridir.

Yarışda 1-3-cü yerləri tutan idmançılar “ZIRVƏ BEYNƏLXALQ IDMAN KLUBU” tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə mükafatlandırılacaqdırlar.

Hamınızı bu maraqlı yarışı izləməyə dəvət edirik.

SHARE
Şərh yaz