Klubumuzun prezidenti Türkiyə çempionatında hörmətlə qarşılandı

t h turk cemp

Ankarada “Zirvə İnternational Spor Clubs”-ımıza məxsus olan “Altınpark Akarsu” İdman Zalında keçirilən ağır atletika üzrə böyüklər arasında Türkiyə çempionatına start verilib. Ölkənin 27 regionundan 89 kişi və 65 qadın idmançının qatıldığı yarış 6-16 noyabr tarixlərində Qazaxıstanda keçiriləcək Dünya Çempionatına seçmə xarakteri daşıyır.

Yarışın açılış mərasimi dünən baş tutub. Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar nitq söyləyib, qonaqları və idmançıları salamlayıb, ölkədə ağır atletikanın inkişafı barədə danışıb. Mərasimdə Ankarada “Sudaş-Zirvə” klubumuzun rəhbəri, dünya çempionu ağır atlet Bünyamin Sudaşın məktəbində öyrətdiyi rəqs qrupu da çıxış edib. Sonra yarışlar başlayıb.

Çempionatın ilk günündə qadınlar 48, 53, 58, 63 və 69 kq, kişilər isə 56, 62, 69 və 77 kq-da qüvvələrini sınayıblar. Bizim üçün vacib məqamlardan biri klubumuzun prezidenti Tofiq Heydərovun qalibləri mükafatlandırılması mərasimində iştirak etməsi olub. O, Türkiyənin bir çox tanınmış siyasi və idman şəxsləri ilə birlikdə fəxri kürsüdə olanlara medallarını təqdim edib. Bu, klubumuzun prezidentinə göstərilən etimad və hörmətin nəticəsidir.

İlk yarış günündə klubumuzun üzvləri də uğurla çıxış ediblər. “Tuzgölü-Zirvə” İdman Klubunun qadın nümayəndələrindən 53 kq-da Gizemnur DEMIR bürünc, həmin çəkidə Gamze YAYLA gümüş, 63 kq-da Büşranur DALMIZRAK və 69 kq-da Zeynep ATAKAN bürünc medal qazandılar.

DSC_1644 DSC_1442 DSC_1489 DSC_1494 DSC_1504 DSC_1508

SHARE
Şərh yaz