Kostova və Stoitsov Bolqarıstan yığmasına qayıtdılar

 boy-ko

Azərbaycan yığmasının ağırlıqqaldıranları Boyanka Kostova və İvan Stoitsovun Bolqarıstana millisinə qayıdışı gerçəkləşib. London Olimpiadasında ölkəmizin şərəfini qoruyan xanım idmançı və onun nişanlısı vətənə dönmək arzusuna çatıblar.

Cütlük artıq Bolqarıstan millisinin düşərgəsində məşqlərə başlayıb. Lakin onlar gələn ilin sonuna kimi heç bir yarışda çıxış edə bilməyəcəklər. Buna səbəb bolqarıstanlıların Azərbaycan Ağır Atletika Federasiyası ilə müqaviləsinin olması və Kostovanın yığmamızda çıxış etməsidir.

 

SHARE
Şərh yaz